Türkiyədə turist avtobusu qəzaya uğrayıb, ölən və yaralılar var

3 İyul 2024 13:03

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda turistləri daşıyan avtobus qəzaya uğrayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus beton dirəyə çırpılıb.

Hadisə nəticəsində sürücü ölüb. Həmçinin, 16-sı Rusiya, 4-ü Belarus vətəndaşı olmaqla, 20 turist yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun