Avtomobillə qadını vuran sürücü hadisə yerindən qaçdı

3 İyul 2024 11:09

Ötən gün Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobili etibarnaməsi və sürücülük vəsiqəsi olmadan idarə edən sürücü Sadiq Abdullayev Zirə qəsəbəsində hərəkətdə olarkən piyada keçidi olmayan yolu keçən Çimnaz Məmmədovanı vurub. 

Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü isə hadisə yerindən qaçıb.

Faktla bağlı Xəzər rayonunun polis idarəsinin İŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun