Moskvada 134 illik temperatur rekordu qırıldı

3 İyul 2024 11:04

İyulun 2-də Moskvada havanın temperaturu ilə bağlı 134 illik rekord qeydə alınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand açıqlayıb. 

Belə ki, dünən Moskvada havanın temperaturu +32°C təşkil edib və 1890-cı ilin rekordunu yeniləyib. 

"Fobos" mərkəzi isə bu gün paytaxtda havanın temperaturunun müsbət 33 dərəcəyə çata biləcəyini, bununla da 1917-ci ilin rekordunu yeniləyəcəyini proqnozlaşdırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun