Dağıstanda niqab qadağan olundu

3 İyul 2024 10:53

Dağıstanda niqab qadağan olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Dağıstan müftisinin müavini Abdulla Səlimov bildirib.

Onun sözlərinə görə, respublika ərazisində niqab müvəqqəti qadağan olunub.

Müftiyyat bu qərarın Respublikanın dinlər üzrə milli siyasət nazirliyinin müraciəti əsasında verildiyini açıqlayıb.

Səlimov niqabın müvəqqəti qadağan olunmasının səbəbini Dağıstan əhalisinin təhlükəsizliyinə təhdidlərin mövcud olması ilə əlaqələndirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun