Toyda bəyi ofisiantın qucağında tutdular

19 İyun 2012 13:46
Milli.Az "Vorarlberg Online"a istinadən bildirir ki, Feldrix şəhərində yaşanan hadisədə təzə bəy toyun başa çatmasını belə, gözləməyib. Masanın arxasından duran təzə bəy toyun keçirildiyi restoranın mətbəxinə, əl-üzünü yumağa getmişdi.

Orada ofisiant qızlardan birini görəndə "ağlı başından çıxan" təzə bəy qızı qucaqlayaraq soyundurmağa başlayıb.
Bunu isə həmin an qəflətən mətbəxə girən gəlinin atası görüb.

Çılğına dönən kişi dərhal geri qayıdaraq musiqiçilərə "Dayanın!", qonaqlara da "Dağılışın, toy bitdi!" deyib.
Bir saat sonra isə gəlin bələdiyyəyə yollanaraq boşanmaq barədə ərizəni təqdim edib.

Di gəl, Avstriyanın mövcud qanunvericiliyinə görə, xəyanətlə bağlı boşanma prosesinin başlanması üçün 6 ay möhlət gərəkdir.

27 yaşlı təzə bəy indi ofisiant qadınla yaşayır.

Milli.Az