"İlahi müdaxilə"nin görüntüsü

3 İyul 2024 09:13

AÇ-2024-ün 1/8 finalında Avstriyaya 2:1 hesabı ilə qalib gələn Türkiyə yığmasının qapıçısı Mert Günok oyunun son dəqiqələrində kritik qurtarış edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, matçın 90+4-cü dəqiqəsində rəqibin hesabı bərabərləşdirməsinə fürsət yaratmayaraq komandasının 1/4 finala çıxmasında böyük rol oynayıb.

Matçı birbaşa yayımlayan İctimai televiziyanın şərhçisi Tural Dadaşov həmin epizodu "İlahi müdaxilə" adlandırıb.

Sözügedən ifadə sosial şəbəkələrin Türkiyə seqmentində də maraqla qarşılanıb.

Oyunun taleyini həll edən həmin anın görüntüsünü təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun