Venesuelanın vitse-prezidenti ağac aşması nəticəsində yaralandı

3 İyul 2024 08:55

Venesuelanın icraçı vitse-prezidenti Delsi Rodriges "Beril" qasırğasından zərər çəkmiş əhaliyə yardım edərkən Sukre ştatında ağac aşması nəticəsində ağır xəsarət alıb.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro "Venezolana de Television" telekanalının canlı efirində bildirib.

Maduro deyib ki, Rodriges "şüurdadır, güclüdür və tezliklə sağalacaq".

Kumanakoada "Beril" qasırğasının yol açdığı daşqın iki nəfərin ölümünə və beş nəfərin itkin düşməsinə səbəb olub.

Milli.Az