ABŞ bu ölkələrə F-16 qırıcıları üçün radioelektron mübarizə sistemləri verəcək

3 İyul 2024 07:30

Pentaqon bir sıra müttəfiqlərə F-16 qırıcıları üçün radioelektron mübarizə sistemlərinin tədarükünə dair "Lockheed Martin" hərbi sənaye korporasiyası ilə 520 milyon dollarlıq müqavilə imzalayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə məlumat Pentaqonun saytında yer alıb.

Qeyd olunur ki, söhbət Bolqarıstan, Slovakiya, Tayvan, Mərakeş və Bəhreyndən gedir.

Milli.Az