Naxçıvanda hamilə qadını ilan vurdu

3 İyul 2024 07:15

Naxçıvanda hamilə qadını ilan vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Qaraçuq kəndində baş verib.

İlan kənd sakini, 1999-cu il təvəllüdlü Məmiyeva Aidə Kərim qızını vurub.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Milli.Az