Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin milli futbol komandasını Avropa çempionatının 1/4 finalına çıxması münasibətilə təbrik edib.
Milli.Az APA-ya istinadən bildirir ki, Ərdoğan bu barədə "Facebook" hesabında paylaşım edib:
"Futbol üzrə Avropa Çempionatında Avstriyanı məğlub edərək, 1/4 finala yüksələn Milli Futbol Komandamızı ürəkdən təbrik edirəm. #BizimÇocuklar'a çempionluğa gedən yolda uğurlar arzulayıram" - dövlət başçısı qeyd edib.
Milli.Az