NATO sammitində Ukraynaya şad xəbər veriləcək

3 İyul 2024 00:40

İyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitində Ukrayna daha çox hava hücumundan müdafiə sistemləri ilə bağlı yaxşı xəbərlər alacaq.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Röyters" ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

"Ümid edirik ki, sammitdə hava hücumundan müdafiə ilə bağlı yeni açıqlamalar verə bilərik. Düşünürəm ki, onlar üçün əlavə yaxşı xəbərimiz olacaq", - rəsmi bildirib.

Rəsmi məsələ ilə bağlı detallı məlumat verməyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun