Astanada İlham Əliyevlə Vladimir Putinin görüşü olacaq

2 İyul 2024 18:41

İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada sammitinin rəsmi açılışından bir gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında görüş olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə bu gün Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə deyib.

Qeyd edək ki, ŞƏT-in Zirvə toplantısı iyulun 4-də Qazaxıstanın sədrliyi ilə keçiriləcək.

Tədbir ilk dəfə olaraq "ŞƏT-ə üzv dövlətlərin rəhbərləri şurasının iclası" və "ŞƏT Plus" görüşü formatında keçiriləcək.

Dövlət başçıları ŞƏT-in çoxşaxəli əməkdaşlığını, onun perspektivlərini, eləcə də aktual beynəlxalq və regional problemlərin həllini daha da gücləndirəcək geniş spektrli məsələləri nəzərdən keçirəcəklər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun