"Xatirə deyib ki, çantamda 10 min dollar var, amma xoşbəxt deyiləm"

2 İyul 2024 19:00

Şair Nazilə Səfərli müğənni Xatirə İslamla bağlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Xəzər TV"yə açıqlama verən şair ifaçını pessimist adlandırıb:

"Xatirə xaraktercə pessimist adamdır. Onu xoşbəxt etmək çətindir. O, anlıq xoşbəxt olanlardandır. Davamlı xoşbəxt ola bilmir. Bir dəfə sanatoriyaya gedib. Terapevt səni qarşılayır, suallar verir və sonra müalicə təyin edir. O da deyib ki, çantamda 10 min dollar var, amma xoşbəxt deyiləm. Depressiyadadır, bunu bu cür izah edib. Onun öz dünyası, ruh halı var".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun