Xalq artisti: "Bir müğənni muğamı bilmirsə..."

3 İyul 2024 05:05

Xalq artisti Nazpəri Dostəliyevaya muğam oxuya bilməyən müğənniləri tənqid edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı bu haqda Əməkdar artist Rəşad İlyasovun "Danışır musiqi" verilişində söz açıb. O bildirib ki, bütün ifaçılar muğamı öyrənməlidir:

"Bir müğənni muğamı bilmirsə... Oxuya bilər, amma... Estrada kafedrasında çalışırdım, uşaqlar oxuyurdu, onlara öyrətməyə çalışırdım. Bu sənətə yiyələnmisənsə, dəryaya baş atmısansa onu bütünlüklə öyrənməlisən. Musiqi janrları bir-birinə yad deyil". 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun