Hindistanda dini tədbirdə 100-dən çox adam öldü

2 İyul 2024 18:30

Hindistanın şimalındakı Hathras şəhərində dini tədbirdə baş verən izdihamda əksəriyyəti qadın olmaqla azı 107 nəfər ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Hindustan Times" ştat polisinə istinadən məlumat yayıb.

Hadisə dini vaiz Bhole Babanın müraciətindən sonra baş verib. Şahidlərdən biri bildirib ki, izdiham dini tədbir bitəndə, insanlar toplaşdıqları yeri tərk etməyə başlayan zaman baş verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun