Nazənindən Afətin barışıq təklifinə CAVAB - VİDEO

2 İyul 2024 17:55

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə müğənni Afət Fərmanqızı küsülü olduğu həmkarı Nazənin Salayevaya barışıq mesajı göndərib.

Bakıvaxtı.az-ın məlumatına görə, o, "Rəngarəng səhər" verilişində Nazəninlə münasibətlərinin olmadığını, lakin övladının toyunda küsülü olduğu həmkarını görmək istədiyini bildirib.

Bu dəfə Nazənin "Qonaqcanlı" proqramında həmkarının təklifini cavablandırıb.

O, hər şeyi zamana buraxdığını bildirib:

"Hər şeyi zaman göstərəcək. Zamana buraxmışam".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun