"Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası ləğv olunmalıdır"

2 İyul 2024 18:02

Ermənistanın konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası ləğv olunmalıdır.

Milli.Az bildirir ki, bu fikirləri "Report"un Ankara bürosuna Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım bildirib.

Zəngəzur dəhlizinin açılması, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasında Emənistanın Baş naziri Nikol Paşinyanın könüllü göründüyünü bildirən Şamil Ayrım deyib ki, buna mane olan qüvvələr var.

"Müşahidə olunan budur ki, Paşinyan sülh sazişində ehtiyatlı davranır. Amma bu sazişin imzalanması üçün bir neçə maddə var ki, bunlardan biri də Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasıdır, onun ləğv olunması lazımdır. Bu, çox önəmlidir", - Ş.Ayrım qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun