Moskvada avtobusun damında qaz balonu partlayıb: yaralanan var

2 İyul 2024 15:43

Moskvada avtobusun damında qaz balonu partlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, hadisə ictimai nəqliyyat dayanacağa yaxınlaşanda baş verib.

Hadisə nəticəsində avtrobusun sürücüsü xəsarət alıb. Ağır yaralanan sürücü xəstəxanaya yerləşdirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun