Dünyanın ən bahalı toyunun dəvətnaməsi görənləri şoka saldı - FOTO

2 İyul 2024 14:11

Hindistanlı milyarder Mukeş Ambani 28 yaşlı oğlu Anant Ambaninin toy dəvətnamələri ilə gündəmə gəlib.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, Anant və nişanlısı, milyarder Viren Merçantin 29 yaşlı qızı Radhika Merçantın toy dəvətnaməsi hədiyyə dolu yeşikdə yer alıb.

Toy iyulun 12-də olacaq.

Mukeş Ambaninin sərvəti 111 milyard dollar qiymətləndirilir ki, bu da onu Asiyanın ən varlı adamı və dünyanın 11-ci ən varlı insanı edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun