Məhəbbət Kazımovun məzarından FOTO paylaşdı

2 İyul 2024 11:58

Müğənni Fədayə Laçın mərhum Əməkdar artist Məhəbbət Kazımovla bağlı paylaşım edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi müğənninin məzarı üzərində çəkdirdiyi şəkli yayımlayaraq, onun doğum günü olduğunu bildirib. 

"Bu gün çox hörmətli sənətkarımız Məhəbbət Kazımovun dünyaya gəldiyi gündür. Həsrətlə anırıq" deyə,  F.Laçın paylaşımında yazıb. 

Qeyd edək ki, M.Kazımov 2014-cü ildə dünyasını dəyişib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun