Ehtiram Hüseynov xəstəliyindən danışdı: "Hər iki əlimin barmaqları..."

2 İyul 2024 11:01

Əməkdar artist Ehtiram Hüseynov səhhətindən danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Xəzər axşamı" proqramına qonaq olan müğənni qolunda yaranan problemə görə məşqlər etdiyini deyib:

"Həkimim tapşırıb ki, bekar qaldığımda əl hərəkətləri etmək lazımdır. Hər iki əlimin barmaqlarını qatlayıb, açmalıyam. Sol əlim sağa nisbətdə daha zəifdir".

Qeyd edək ki, E.Hüseynov uzun müddətdir dağınıq skleroz xəstəliyindən əziyyət çəkir. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun