Xətaidə kafedə yanğın olub

2 İyul 2024 09:05

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 40 m² olan taxta konstruksiyadan ibarət kafenin yanar konstruksiyaları yanıb.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun