Bakıda 32 yaşlı kişi yol qəzasında xəsarət alıb

2 İyul 2024 08:56

Bakının Sabunçu rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, yol qəzası nəticəsində 32 yaşlı Quliyev Elyar Adil oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun