Ukraynaya yardıma nəzarət edəcək məsul şəxs təyin etməyi planlaşdırırlar

2 İyul 2024 08:40

Şimali Atlantika Alyansı (NATO) Ukraynaya yardıma nəzarət edəcək məsul şəxs təyin etməyi planlaşdırır.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, bu, Kiyevdə yaşamalı olan mülki məmur olacaq. Onun vəzifələrinə Ukraynanın uzunmüddətli hərbi və qeyri-hərbi ehtiyaclarına nəzarət daxildir. Hesabatlar NATO-nun Brüsseldəki qərargahına və Visbadendəki komandanlığa göndəriləcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun