Niderland Ukraynaya tezliklə 24 F-16 göndərəcək

2 İyul 2024 08:10

Niderland hakimiyyəti Ukraynaya 24 ədəd F-16 qırıcısının tədarükünə icazə verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Kaysa Ollonqren parlamentin aşağı palatasına göndərdiyi məktubda məlumat verib.

Bildirilib ki, qırıcıların ilkin partiyası tezliklə çatdırılacaq, lakin dəqiq tarix açıqlanmayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun