Türk bayrağı təhqir edildi: Prokurorluq hərəkətə keçdi

2 İyul 2024 00:21

Türkiyə bayrağının təhqir edilməsi hadisəsi ilə bağlı Ankara Cümhuriyyət Prokurorluğu istintaqa başlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç deyib.

O bildirib ki, sosial media platformalarında Türkiyə bayrağının təhqir edilməsi ilə bağlı görüntülər paylaşılmaqdadır.

Qeyd edək ki, Suriyanın şimalında bir qrup provakator Türkiyə bayraqlarını cıraraq yandırıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun