Gədəbəyə dolu düşüb, bir sıra fəsadlara səbəb olub

1 İyul 2024 23:07

Gədəbəyə dolu düşüb, bir sıra fəsadlara səbəb olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Şınıx və yaxın kəndlərə düşən dolu meyvə ağaclarına, əkin sahələrinə, təsərrüfata zərər vurub.

Hazırda rayon ərazisində küləklə müşahidə olunan leysan yağır.

Avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun