Sahildə meyit görən vətəndaşlar polis çağırıb - Yatıb qalıbmış

2 İyul 2024 07:13

Türkiyənin Samsun şəhərində dənizin sahilində uzun müddət hərəkətsiz qalan qadını görən sakinlər dərhal polis çağırıblar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə yerinə gələn polis əməkdaşları meyitə yaxınlaşaraq onun sağ olduğunu görüblər.

Məlum olub ki, 60 yaşlı qadın sahil gəzintisindən sonra yorularaq qumların üstündəcə yuxuya gedib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun