"Fitch" Azərbaycan dəmir yollarına uzunmüddətli reytinq verib

19 İyun 2012 12:30
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Azərbaycan Dəmir Yolları" QSC-yə "BBB-" səviyyəsində emitentin defoltunun uzunmüddətli reytinqini verib. Trend-in məlumatına görə, bu barədə agentliyin yaydığı məlumatda deyilir. Reytinq üzrə proqnoz "Sabit"dir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin reytinqi yüz faizlik səhmdarı olan Azərbaycanın suveren reytinqi ilə ("BBB-"/"Sabit" proqnoz) bir səviyyədədir.

"Fitch"in qiymətləndirməsi QSC-nin neft və neft məhsullarının nəqlində və tranzit əməliyyatlarında mövqeyini daxil etməklə milli iqtisadiyyat üçün strateji əhəmiyyətini əks etdirir.

Milli.Az