Azərbaycanda xəstəxana direktoru İŞDƏN ÇIXARILDI

1 İyul 2024 18:40

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Faiq Abdullayev tutduğu vəzifəsindən azad edilib.

Milli.Az bildirir ki, bu barədə "Report"un Qərb bürosu məlumat verir.

F.Abdullayev bu vəzifəyə 2022-ci ildə təyin edilmişdi.

TƏBİB-dən "Report"a verilən məlumata görə, Mingəçevir Şəhər Xəstəxanasının direktoru əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun