İçki Balotellini bu hala saldı - VİDEO

1 İyul 2024 18:13

İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli növbəti dəfə biabırçı hadisə ilə üzləşib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, hücumçunun İtaliyada keçirdiyi məzuniyyət müddətində başına gələnlərin videosu da yayılıb.

İçkili vəziyyətdə olduğu ehtimal edilən ulduz futbolçu küçələrdən birində uzanmış vəziyyətdə qalıb. Sərxoş Balotelli ona kömək etmək istəyənlərin cəhdlərinə baxmayaraq ayaq altından qalxmaqda çətinlik çəkib.

Qeyd edək ki, Mario ötən mövsüm Türkiyənin "Adana Demirspor"da millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin komanda yoldaşı olub. Onun müqaviləsi bu gün başa çatıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun