Dağıstanda terror: ölənlərin sayı 22 nəfərə çatdı

1 İyul 2024 18:07

Dağıstanda iyunun 23-də baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov məlumat yayıb.

Məlumata görə, ölənlər arasında 17 nəfər polis əməkdaşı olub.

Öldürülən şəxslərdən birinin isə ötən ilin oktyabr ayında Mahaçqala hava limanındakı iğtişaşların iştirakçısı olduğu qeyd olunub.

Xatırladaq ki, iyunun 23-də Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna hücum edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun