Türkiyə Avstriya ilə oyuna 2 ciddi itki ilə çıxacaq

1 İyul 2024 15:45

Avropa çempionatının 1/8 finalı çərçivəsində sabah Avstriya ilə qarşılaşacaq Türkiyə yığması meydana iki itki ilə çıxacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, komandanın iki əsas oyunçusu, kapitan Hakan Çalhanoğlu və müdafiəçi Samet Akaydın meydanda olmayacaq. 

Hər iki oyunçu qrup mərhələsi matçlarında 2 sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun