“Neftçi”dən avrokuboklarla bağlı QƏRAR

1 İyul 2024 14:49

Kişi basketbolçular arasında Azərbaycan kubokunun qalibi olan "Neftçi" avrokubokla bağlı qərarını verib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Bakı təmsilçisi beynəlxalq arenada çıxış etməyəcək.

"Neftçi" kuboku qazandıqdan sonra avrokuboka qatılmaq istəsə də, son anda fikrindən daşınıb. Lakin bunun səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Azərbaycanı yeni mövsümdən Çempionlar Liqasında ölkə çempionatının qalibi "Sabah" təmsil edəcək. İkinci olan "Xəzri"nin isə Avropa Liqalarında iştirakı hələlik dəqiqləşməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun