Həbib Nurməhəmmədovun hesablarına həbs qoyuldu

1 İyul 2024 14:39

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun hesablarına həbs qoyulub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. 

Bildirilib ki, idmançının 297 milyon rubl (5 milyon  880 min 600 manat) manat vergi borcu olduğu üçün onun hesabları dondurulub. 

Həmçinin Nurməhəmmədovun xeyriyyə hesablarına da həbs qoyulub. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun