"Arka Sokaklar"ın rejissoru serialdan qovuldu - FOTO

1 İyul 2024 14:13

18 ildir "Kanal D"də yayımlanan "Arka Sokaklar" serialının rejissoru işdən çıxarılıb.

Milli.Az haberler-ə istinadla bildirir ki, ekran işinin 18 illik rejissoru Orhan Oğuz serialın heyətindən uzaqlaşdırılıb.

İşdən çıxarılması barədə məlumat verən rejissor serialın formatının dəyişiləcəyi üçün onu qovduqlarını bildirib.

İsmayıl
Milli.Az