Cadenza Contemporary Orchestra bəstəkar Məmmədağa Umudovun 75 illiyinə həsr olunmuş konsert keçirib – VİDEO - FOTO

1 İyul 2024 12:50

Cadenza Contemporary Orchestra Beynəlxalq Muğam Mərkəzində bəstəkar Məmmədağa Umudovun 75 illiyinə həsr olunmuş konsert keçirib. Konsertdə bəstəkarın "Rəqs-fantaziya", "Portret", violin və kamera orkestri üçün "Poema", "Rəqs", "Muğamsayağı" və "Düşüncələr" simfoniyası ifa olunub.

Bəstəkarın müxtəlif dövrlərdə yazdığı əsərlər həm solistlər- Vəfa Babayeva (violin), Fatimə Nəsirli (violin), Aynur Əhədova (violin) və Kamran Talıbov (fleyta), həm də Cadenza orkestrinin ifasında səslənib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az