Elçinin həmkarı ilə dəniz kənarında səmimi VİDEOsu

1 İyul 2024 12:24

Müğənnilər Elçin Cəfərov və Mehin Hümbətovanın dəniz kənarında səmimi görüntüləri yayılıb.

Milli.Az xəbər verir ki, Elçinin həmkarını qucağına alaraq döndürməsi sosial şəbəklərdə müzakirələrə səbəb olub.

Məlum olub ki, sənətçilərin əyləncəli anları  "Dön gəl" adlı duetləriinin klip çəkilişi zamanı qeydə alınıb. Mahnının müəllifi Hacı Nazimdir, aranjimanı isə Elvin İmanova məxsusdur. 

Xəyal Səlimovun rejissorluğu ilə ərsəyə gələn ekran işində hər iki ifaçı müxtəlif obrazda kamera qarşısına keçib.

Onların stili üzərində Azər Jafar çalışıb. Ekran işinin çəkilişləri Bakıda baş tutub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun