Makqreqorun UFC-yə qayıtma tarixi məlum oldu

1 İyul 2024 06:55

"Makqreqor avqust və ya sentyabrda döyüşməyə hazır olacaq".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə irlandiyalı döyüşçü Konor Makqreqorun rəqibi ABŞ-li Maykl Çendler məlumat verib.

"Dünən axşam UFC-nin nümayəndələri ilə görüşdüm və bəzi şeyləri müzakirə etdik. Biz həmişə Konordan danışırıq. O, avqust və ya sentyabrda mənimlə döyüşməyə hazır olacaq", - deyə Çendler bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun