"Qalatasaray" azarkeşinin İkardi sevgisi hər kəsi təəccübləndirdi

1 İyul 2024 08:20

Türkiyənin Balıkəsir vilayətində səkkiz ildir restoran işlədən və "Qalatasaray" azarkeşi kimi tanınan Serdar Aygörmüş üç ay əvvəl dünyaya gələn oğluna Nuri İkardi adını verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Oğlumu adını verdiyim argentinalı hücumçu kimi uğurlu etməyə çalışacağam", - deyə o bildirib.

Serdar Aygörmüş oğluna artıq şəxsiyyət vəsiqəsi də alıb. O, övladına vermək istədiyi bu ada ailəsinin və yaxınlarının əvvəlcə qarşı çıxdığını, lakin zamanla hər kəsin buna öyrəşdiyini deyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun