Rusiya Kiyevi vurmaq üçün... - Popko

1 İyul 2024 06:40

Rusiyanın iyunun 30-da Kiyevə raket hücumu Ukrayna paytaxtına edilən çoxsaylı hava hücumlarından fərqlənir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu şəhərin hərbi administrasiyasının rəhbəri Sergey Popko deyib.

"Təcavüzkar yeni taktikaları sınaqdan keçirir, o, Kiyevi vurmaq üçün dəqiq vaxt, üsul və vasitələri axtarır",- o bildirib.

Onun sözlərinə görə, Ukraynanın paytaxtı ruslar üçün həmişə ən prioritet hədəflərdən biri olub və olacaq.

Qeyd edək ki, ötən gün Ukraynanın paytaxtı Kiyevin Obolonski rayonunda yaşayış binasına raket qalıqları düşüb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun