AÇ-nin ilk 1/4 final cütləri bəllidir

1 İyul 2024 06:30

Xəbər verdiyimiz kimi, AÇ-2024-ün 1/8 final mərhələsində daha iki görüş baş tutub.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, İngiltərə Slovakiyanı əlavə vaxtda vurulan qola 2:1 hesabı ilə məğlub edib. 

İspaniya isə Gürcüstana 4:1 hesabı ilə qalib gəlib. 

Bu oyunlardan sonra 1/4 finalın ilk cütləri müəyyənləşib. 

İngiltərə bu mərhələdə İsveçrə, İspaniya isə Almaniya ilə üz-üzə gələcək. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun