Biləsuvarda yük maşını yanıb, yol bağlanıb FOTO

30 İyun 2024 23:07

Ələt-Astara avtomobil yolunda yanğın olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə yolun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, yük ilə dolu "Tır" yük avtomobili alışıb. Hadisə yerinə FHN-in Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və əməkdaşları cəlb olunub.

Hazırda sözügedən ərazidə yol bağlanıb və uzun tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun