Türkiyədə güclü partlayış: 5 ölü, 63 yaralı - VİDEO

30 İyun 2024 22:27

İzmirin Torbalı rayonunda restoranda baş verən partlayış nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, partlayış nəticəsində 63 nəfər də yaralanıb.

******

Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda un məmulatları mağazasında partlayış baş verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.

Partlayışa səbəbin qaz sızması olduğu güman edilir.

Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun