Hava nəqliyyatı ilə Bakı-Gəncə /Gəncə-Bakı və Bakı-Zaqatala / Zaqatala-Bakı, Bakı-Lənkəran / Lənkəran - Bakı ölkədaxili sərnişindaşıma xidmətlərinin yeni tarifləri müəyyən edilib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarında əksini tapıb.
Qərara əsasən, sərnişindaşıma xidmətinin qiyməti Bakı-Gəncə /Gəncə-Bakı - 84 manat, Bakı-Zaqatala/Zaqatala-Bakı - 84 manat, Bakı-Lənkəran/Lənkəran - Bakı - 65 manat müəyyən edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun