Kiyevdə yaşayış binasına raket qalıqları düşdü

1 İyul 2024 08:00

Ukraynanın paytaxtı Kiyevin Obolonski rayonunda yaşayış binasına raket qalıqları düşüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Sergey Popko məlumat verib.

İlkin məlumata görə, çoxmərtəbəli yaşayış binasına ziyan dəyib. Mümkün dağıntılar və tələfatla bağlı məlumat dəqiqləşdirilir.

Öz növbəsində Kiyevin meri Vitali Kliçko bildirib ki, yaşayış binasının 8-ci və 9-cu mərtəbələrdə yanğın qeydə alınıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun