Tərtərdə minik avtomobili yandı

30 İyun 2024 19:26

Tərtər rayonunda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Hacıqərvənd kəndində ümumi sahəsi 175 m² olan talvarın yanar konstruksiyaları 100 m² sahədə və talvarın altında dayanan VAZ markalı minik avtomobilinin yanar hissələri yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun