Ukraynanın beş bölgəsi işıqsız qaldı

30 İyun 2024 18:21

Enerji infrastrukturunun zədələnməsi səbəbindən Ukraynanın beş bölgəsi qismən işıqsız qalıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukraynanın Kiyev, Sumı, Çerniqov, Xarkov və Dnepropetrovsk vilayətlərində enerji sistemi obyektlərində baş vermiş qəzalar səbəbindən enerji təchizatı qismən kəsilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun