Eltac Səfərli Voyvodinada lider mövqeyində

30 İyun 2024 16:10

Azərbaycan şahmatçısı Eltac Səfərli Voyvodina şahmat turnirinə liderlik edir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, təmsilçimiz 7 turdan sonra 5,5 xal toplayıb.

Yerli şahmatçı Nikola Sedlak eyni xalı toplasa da, Eltac əlavə göstəricilərə görə 1-ci pillədə qərarlaşıb. 7-ci turda hindistanlı Anto Manişo ilə xalları yarıya bölən Səfərli bu gün serbiyalı Mixail İvanovla qarşılaşacaq.

Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun