Mərdəkanda iki avtomobil toqquşdu, azyaşlı xəsarət aldı

30 İyun 2024 14:31

Bakının Xəzər rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, Mərdəkan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişin 2021-ci il təvəllüdlü M.İ xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun